...

Misirin aparıcı qəzetlərində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar səfir Şahin Abdullayevin məqaləsi dərc edilib

Cəmiyyət Materials 19 Yanvar 2014 14:39 (UTC +04:00)
Misirin aparıcı və geniş oxucu kütləsinə malik olan “Youm7” və “Akhbarelyom” qəzetlərində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Səfir Şahin Abdullayevin məqaləsi dərc edilib.
Misirin aparıcı qəzetlərində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar səfir Şahin Abdullayevin məqaləsi dərc edilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Misirin aparıcı və geniş oxucu kütləsinə malik olan "Youm7" və "Akhbarelyom" qəzetlərində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Səfir Şahin Abdullayevin məqaləsi dərc edilib.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə 20 yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu yazan Səfir Misirdə baş vermiş 25 yanvar 2011-ci il hadisələri ilə müqayisə apararaq, Misir ordusundan fərqli olaraq, XI Qızıl ordunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişinə qarşı ağır texnikadan və iri çaplı odlu silahlardan istifadə etdiyini vurğulamışdır.

Azadlıq və müstəqillik istəyi ilə bərabər, müəllif Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi şəkildə qovulmasının və bu kimi vəhşiliklərin müqabilində Sovet rəhbərliyinin etinazlığının da 20 yanvar ərəfəsində Azərbaycan xalqının haqlı narazılığına səbəb olan amillər sırasında olduğunu oxucuların diqqətinə çatdırmışdır.

O zaman sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədinin Azərbaycan xalqının azadlıq əzminin boğulması olan 20 yanvar əməliyyatı nəticəsində 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın isə yaralandığı barəsində məlumat verən səfir qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu qeyd etmişdir.

Müəllif müstəqilliyinin ilk illərindən Ermənistanın təcavüzü ilə üzləşməsinə və torpaqlarının 20 faizinin işğal olunmasına baxmayaraq, Azərbaycan xalqının müstəqil, demokratik və firavan dövlət qurmaq əzminin heç zaman büdrəmədiyini qeyd edərək, oxuculara Azərbaycanın bu gün öz inkişaf göstəricilərinə görə regionun aparıcı və lider dövləti olduğu barəsində ətraflı məlumat vermişdir.

Xəbər lenti

Xəbər lenti