Azərbaycan, Bakı, 28 yanvar /Trend/
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Xirdalanda vətəndaşları qəbul edəcək.
DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul yanvarın 31-də saat 11:00-da Abşeron Rayon Xırdalan şəhəri üzrə İcra Nümayəndəliyində (Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 9) keçiriləcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların - Abşeron, Xızı, Qobustan rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.