...

Azərbaycanda "Nə? Harada? Nə zaman?" məktəb liqasına start verilib

Cəmiyyət Materials 7 Fevral 2014 10:58 (UTC +04:00)
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "İçərişəhər" intellektual oyunlar klubunda "Nə? Harada? Nə zaman?" məktəb liqasına start verilib.
Azərbaycanda "Nə? Harada? Nə zaman?" məktəb liqasına start verilib

Azərbaycan, Bakı, 7 fevral/Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "İçərişəhər" intellektual oyunlar klubunda "Nə? Harada? Nə zaman?" məktəb liqasına start verilib.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" intellektual oyunlar klubu bu layihə çərçivəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin əyləncəli intellektual hərəkata cəlb olunmasını nəzərdə tutur.

Məktəb liqasının ilk oyununda 11 komanda iştirak edib. Bakı şəhərindəki Zərifə Əliyeva adına liseyi təmsil edən "Birlik" komandası 24 sualdan 17-nə düzgün cavab verərək qalib adına layiq görülüb.

Məktəb liqasının ikinci oyununda iştirakçı komandaların sayının ikiqat artacağı gözlənilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti