...

Azərbaycanda dövlət ali təhsil müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimatı keçirilib

Cəmiyyət Materials 13 Fevral 2014 11:03 (UTC +04:00)
Azərbaycanda dövlət ali təhsil müəssisələrində yaradılacaq “SABAH” qruplarının təqdimat mərasimi keçirilib.
Azərbaycanda dövlət ali təhsil müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda dövlət ali təhsil müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, "SABAH" qrupları savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil ediləcək: "Qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, onların elm, təhsil və yeni texnologiyalara marağının artması da bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini aktuallaşdırıb".

M.Cabbarov bildirib ki, müasir dövrdə gənc alim və mütəxəssislərin fəaliyyət sahələrində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqi tələb olunur. Bu məqsədlərə nail olmaq üçün ali təhsil müəssilərində təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir tələblərə uyğun kadr hazırlığının təmin olunması əsas vəzifələrdəndir.

Nazir deyib ki, "SABAH" qrupları ali təhsil müəssiələri üzrə əyani şöbənin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən formalaşdırılacaq. Bu qrupa seçilmiş tələbələr "SABAH" qruplarında təhsillərini 2-ci kursda davam etdirəcəklər.

M.Cabbarov qeyd edib ki, bu qruplarda dərs deyəcək müəllimlərin seçimi də xüsusi qaydada aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti