...

Belçikada uşaqların evtanaziyası haqqında qanun qəbul olundu

Cəmiyyət Materials 14 Fevral 2014 04:31 (UTC +04:00)
Belçika parlamenti Aşağı palatada səsvermədən sonra sağalmaz xəstəliklərə düçar olmuş həddi-büluğa çatmamış uşaqların evtanaziyası haqqında qanun layihəsini qəbul edib.
Belçikada uşaqların evtanaziyası haqqında qanun qəbul olundu

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Belçika parlamenti Aşağı palatada səsvermədən sonra sağalmaz xəstəliklərə düçar olmuş həddi-büluğa çatmamış uşaqların evtanaziyası (zəhərli iynə vurulmaqla ölməyə razılıq vermə) haqqında qanun layihəsini qəbul edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Qərara uşağın valideynləri tərəfindən razılıq verilməlidir.

Nümayəndələr Palatasının 86 deputatı qanun layihəsinin lehinə, 44-ü lehinə səs verib, 12 nəfər isə bitərəf qalıb.

Bir müddət əvvəl bu qanun layihəsi Yuxarı palata - Senat tərəfindən dəstəklənib.

Hazırda sənədi Kral imzalamalıdır. Qanun layihəsi Krallığın rəsmi nəşrində dərc olunduqdan 10 gün sonra qüvvəyə minəcək.

Xəbər lenti

Xəbər lenti