...

Baş Prokurorluğun əməkdaşları MDB-nin tədbirində iştirak ediblər

Cəmiyyət Materials 19 Fevral 2014 18:17 (UTC +04:00)
Fevralın 11-12-də Minsk şəhərində “Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin insan alverinə qarşı mübarizəyə yönəlmiş sosial, informasiya, təhsil və lisenziyalaşdırma siyasətinin formalaşdırılması və həyata keçirilməsinin ümumi prinsiplərini nəzərə almaqla insan alveri ilə əlaqədar cinayətlərin qarşısının alınması Konsepsiyası” layihəsinin müzakirəsi ilə bağlı ekspert qrupunun iclası keçirilmişdir.
Baş Prokurorluğun əməkdaşları MDB-nin tədbirində iştirak ediblər

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Fevralın 11-12-də Minsk şəhərində "Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin insan alverinə qarşı mübarizəyə yönəlmiş sosial, informasiya, təhsil və lisenziyalaşdırma siyasətinin formalaşdırılması və həyata keçirilməsinin ümumi prinsiplərini nəzərə almaqla insan alveri ilə əlaqədar cinayətlərin qarşısının alınması Konsepsiyası" layihəsinin müzakirəsi ilə bağlı ekspert qrupunun iclası keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus və MDB iştirakçısı olan digər dövlətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd edilən layihəyə əlavə və dəyişikliklərin edilməsinə dair Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş təkliflər nəzərdən keçirilərək səs çoxluğu ilə qəbul edilmişdir.

Tədbirdə Azərbaycan Prokurorluğunu Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Erkin Əlixanov təmsil etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti