...

Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı BDM və ASİM-DER tərəfindən Türkiyədə silsilə tədbirlər həyata keçirilir (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2014 17:24 (UTC +04:00)
Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyi (ASİM-DER) tərəfindən Türkiyədə silsilə tədbirlər həyata keçirilir.
Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı BDM və ASİM-DER tərəfindən Türkiyədə silsilə tədbirlər həyata keçirilir (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyi (ASİM-DER) tərəfindən Türkiyədə silsilə tədbirlər həyata keçirilir.

24 fevral tarixində Van şəhərində Hz. Ömər məscidində Xocalı qurbanlarının xatirəsinə Quran oxudulmuş, dualar edilmiş, şəhidlər yad edilmişdir. Daha sonra Van şəhərinin mərkəzində BDM və ASİM-DER tərəfindən Xocalıda qətledilmiş şəhidlərin fotoları göstərilmiş, soyqırım haqqında materiallar şəhər sakinlərinə paylanmışdır. BDM sədri İsmayıl Ağayev və ASİM-DER başqanı Göksel Gülbey çıxış edərək, XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı haqqında toplaşan camaata və Türkiyə mətbuatına geniş məlumat vermişlər. Eyni zamanda faciənin canlı şahidlərindən olan Əlövsət Qasımov həmin günü və ermənilərin günahsız insanlara qarşı həyata keçirdikləri amansız qətliamdan danışmışdır. BDM-in sədr müavini Samir Adıgözəlli də çıxış edərək, Xocalı faciəsinin Van camaatı tərəfindən daha yaxından tanınması üçün burada olduqlarını və bir daha belə bir hadisənin yaşanmaması üçün insanlığın və dünyanın erməniləri lənətnəməyə çağırdı.

BDM və ASİM-DER heyətini Van şəhər valisi Aydın Nezih Doğan, Şəhər Polis Əmniyyət Müdürü Ümit Yurdakul və Van şəhər müftüsü Nimetullah Avras tərəfindən qəbul edilmişdir. Keçirilən görüşlərdə ermənilərin Azərbaycana və bütöv türk dünyasına qarşı həyata keçirdikləri soyqırım cinayətləri haqqında və bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülməsi vacib olan məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Bu gün 25 tarixində BDM və ASİM-DER rəhbərliyində İğdır Universitetinin rektoru prof.dr İ. Hakkıyılmazla görüş keçirilib. Görüş zamanı soyqırım məsələləri ilə bağlı bilgi araşdırmalarının aparılması, xarici ölkələrdəki elm və təhsil ocaqları ilə bu istiqamətdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı razılaşma əldə edilib.

Sabah 26 fevral Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı BDM və ASİM-DER İğdır Universiteti ilə birgə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması haqqında konfrans keçiriləcək və eyni zamanda İğdır Universitetində Xocalı sərgisi təşkil ediləcək. Konfransda İğdırda fəaliyyət göstərən QHT-lər, Siyasi partiya təmsilçiləri, dövlər rəsmiləri və İğdır Universitetinin professor, müəllim və tələbə heyəti geniş şəkildə tədbirdə iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti