...

Litvanın nüfuzlu xəbər saytı Xocalı faciəsindən yazıb

Cəmiyyət Materials 26 Fevral 2014 18:58 (UTC +04:00)
Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Litvanın nüfuzlu media vasitələrindən biri olan www.balsas.lt xəbərlər portalında Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevlə “Xocalı faciəsi Maydan hadisələri kimi hər yerdə təkrar oluna bilər” başlığı altında litvaca geniş və analitik yönümlü müsahibə yerləşdirilib.
Litvanın nüfuzlu xəbər saytı Xocalı faciəsindən yazıb

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Litvanın nüfuzlu media vasitələrindən biri olan www.balsas.lt xəbərlər portalında Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevlə "Xocalı faciəsi Maydan hadisələri kimi hər yerdə təkrar oluna bilər" başlığı altında litvaca geniş və analitik yönümlü müsahibə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Xocalı mövzusunda illüstrasiyalarla müşayiət olunan həmin müsahibə tanınmış Litva publisisti, siyasi şərhçi və Litva televiziyasında müəllif proqramının aparıcısı Tomas Çivas tərəfindən hazırlanıb.

Müsahibənin mətni bu gün - 26 fevral 2014-cü il tarixində Cəmiyyətin xətti ilə Litva Seyminin üzvlərinə, Xarici İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Nazirlər Kabinetinin Vitse-kanslerinə, Prezidentin xarici siyasət məsələləri üzrə müşavirlərinə, akademik dairələrin təmsilçilərinə, bir sıra politoloqlara, ictimai və mədəni xadimlərə və sair qurumlara göndərilib.

Müsahibə Cəmiyyətin təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb.

http://www.balsas.lt/naujiena/777796/lietuvos-azerbaidzanieciu-lyderis-chodzaly-tragedija-kaip-ir-maidanas-kartojasi-visur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti