...

Türkiyədə abituriyentləri ali məktəbə hazırlaşdıran özəl kurslar bağlanacaq

Cəmiyyət Materials 1 Mart 2014 10:49 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisi (TBMM) ali məktəblərə qəbula hazırlıq üzrə özəl kursların bağlanması haqqında qanun layihəsini qəbul edib.
Türkiyədə abituriyentləri ali məktəbə hazırlaşdıran özəl kurslar bağlanacaq

Azərbaycan, Bakı, 1 mart/Trend, müxbir R. Hafizoğlu/

Türkiyə Böyük Millət Məclisi (TBMM) ali məktəblərə qəbula hazırlıq üzrə özəl kursların bağlanması haqqında qanun layihəsini qəbul edib.

Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına görə, 2015-ci il sentyabrın 1-dən ali məktəblərə qəbula hazırlıq üzrə bütün özəl kurslar bağlanacaq.

Özəl kursların bağlanması haqqında qanun layihəsi fevralın 7-də TBMM-ə təqdim olunmuşdu.

Qeyd edək ki, Türkiyə Təhsil Nazirliyinin məlumatına görə, ötən il ölkədə 3 640 özəl təhsil müəssisəsi fəaliyyət göstərib.

Dövlət təhsil müəssisələrinin ümumi sayı isə 60 165 ədəd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti