...

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şirvan şəhərində dörd rayonun sakinlərini qəbul edəcək

Cəmiyyət Materials 5 Mart 2014 10:57 (UTC +04:00)
Martın 12-də saat 10:00-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərini qəbul edəcəkdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şirvan şəhərində dörd rayonun sakinlərini qəbul edəcək

Azərbaycan, Bakı, 5 mart /Trend/

Martın 12-də saat 10:00-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərini qəbul edəcəkdir.

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (021) 215-10-30 (Şirvan şəhər ƏSMM), (021) 204-41-36 (Hacıqabul rayon ƏSMM), (021) 235-92-80 (Sabirabad rayon ƏSMM) və (021) 285-25-71 (Saatlı rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Hacıqabul, Sabirabad, Saatlı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şirvan şəhərinə aparılıb gətirilmələri təmin ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti