...

Aqil Abbas: Müstəqillikdən sonra müxtəlif dini təriqətlər Azərbaycana axışaraq insanları çaş-baş qoyublar

Cəmiyyət Materials 7 Mart 2014 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif dini təriqətlər Azərbaycana axışaraq insanları çaş-baş vəziyyətdə qoyublar. Trend-in məlumatına görə, bunu millət vəkili Aqil Abbas bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfransda çıxışı zamanı deyib.

A.Abbasın sözlərinə görə, bu gün Azərbaycanda müxtəlif təriqətlərə qulluq edən qəzetlərə rast gəlinir.

Millət vəkili hesab edir ki, telekanallarda din məsələləri ilə bağlı maarifləndirmə işi aparılmalıdır.

O, vurğulayıb ki, mollalar da bu işdə fəal olmalıdırlar: "Mollalarımızın yaslardan başları açılmalıdır. Hamısı ölünü necə yumaq, halvanı necə bişirmək lazım olduğundan danışır".

Millət vəkili insanları maarifləndirmək üçün regionlarda da konfransların təşkil edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən millət vəkili Çingiz Qənizadə isə insanları Azərbaycan hüdudlarından kənardakı əməliyyatlarda iştirak etmək məqsədilə qrup yaratmaqdan çəkindirmək üçün maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini qeyd edib: "İnsanları maarifləndirmək lazımdır ki, bu məsələlərdən çəkinsinlər".

Ç.Qənizadə terrorçuluq və muzdluluqla bağlı Cinayət Məcəlləsinə dəyişikliklərin parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunduğunu, Müdafiə və təhlükəsizlik komitəsində də müzakirəyə çıxarılacağını deyib: "Bununla bağlı Cinayət Məcəlləsində 4 ildən 8 ilə qədər cəza nəzərdə tutulur. Biz bu cəzanı artıraraq 8 ildən 12 ilə qaldırırıq. Biz Cinayət Məcəlləsinə 283.1-ci maddənin əlavə edilməsini müzakirə etmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti