Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir A.Axundov/
Azərbaycan təhsil sisteminə xaricdəki tanınmış ali məktəblərdən mütəxəssislərin cəlb edilməsi üçün müxtəlif modelləri öyrənir. Trend-in məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov çərşənbə günü Bakıda keçirilən "2020-ci il və sonra: iqtisadi inkişafın sürətlənməsi" investisiya sammitində panel müzakirələr zamanı deyib.
Nazir bildirib: "Biz sistemli dəyişikliklər haqqında düşünür, ən səmərəli modelləri öyrənirik".
M.Cabbarov onu da qeyd edib ki, böyük tələbin olduğu peşə təhsilinin inkişafı Azərbaycan üçün prioritetlərdən biridir.