...

"Docendo Discumus: Təhsilin İnkişafı Dövlət Strategiyası" layihəsinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 13 Mart 2014 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Docendo Discumus: Təhsilin İnkişafına Dövlət Strategiyası" layihəsinin açılışı və Bakı Dövlət Universitetinin tələbələri üçün ilk seminarı keçirilib.

Tədbirdə layihə rəhbəri Sahil Hüseynzadə, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəmbərov, Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyli, bəzi gənclər təşkilatlarının rəhbərləri, layihə çərçivəsində həyata keçirilən seminarlarda iştirak edən 200-dən çox tələbə, media nümayəndələri iştirak edib.

Tədbiri açıq elan edən BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəmbərov Azərbaycanda həyata keçirilən gənclər siyasətindən, təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycan dövləti hər zaman gənc və bacarıqlı gənclərə dəstək olur.

Çıxış edən layihə rəhbəri Sahil Hüseyinzadə tədbir iştirakçılarına layihə barədə məlumat verib: "Layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının ölkəmizdə ali təhsil alan gənclərimizə öyrədilməsinə xidmət edir. Layihə çərçivəsində keçirilən seminarlarda dövlət təhsil siyasətindən ən son yeniliklər haqqında tələbələrə geniş məlumatlar verilib. Xüsusən, artıq icrasına başlanılan yeni təhsil strategiyasının məzmunu, əsası, məqsəd və vəzifələri, hədəfləri və icrası tələbələrə öyrədilir. Çünki yeni hazırlanan bu strategiya hələ yenicə təhsil ekspertlərinin diqqətini özünə çəkməyə başlayıb. Ona görə də bu strategiyanı həm təhsil verən və təhsil alanlara öyrətmək, həm də öyrənmək lazımdır" Layihə rəhbəri qeyd edib ki, seminarlar peşəkar təhsil ekspertləri və universitet müəllimləri tərəfindən aparılır.

Daha sonra Azərbaycan Gənclər Fondunun (AGF) sektor müdiri Vaqif Seyidbəyli çıxış edərək AGF-nin fəaliyyəti barədə tələbələrə məlumat verib. Qeyd edib ki, hər bir gənc fərdi qaydada fonda müraciət edərək hazırladığı layihəni həyata keçirə bilər. Tədbirin sonunda seminarda iştirak edənlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Docendo Discumus: Təhsilin İnkişafına Dövlət Strategiyası" layihəsi çərçivəsində seminarların nə zaman və harada keçirilməsi ilə bağlı posterlər təhsil müəssisələrindəki elan lövhələrinə vurulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti