...

Güclü külək Azərbaycanın qərb rayonlarına ziyan vurub

Cəmiyyət Materials 17 Mart 2014 14:07 (UTC +04:00)
Dünən gecədən başlayan güclü külək Azərbaycanın qərb bölgəsinə ciddi ziyan vurub.
Güclü külək Azərbaycanın qərb rayonlarına ziyan vurub

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/

Dünən gecədən başlayan güclü külək Azərbaycanın qərb bölgəsinə ciddi ziyan vurub.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, martın 17-də gecə saat 01:00 radələrindən etibarən Gədəbəy rayonunda müşahidə olunan güclü külək rayona elektrik enerjisinin verilişinin dayandırılmasına səbəb olub. Zəyəm yarımstansiyasından Gədəbəy rayonuna gedən elektrik xətləri sıradan çıxıb, nəticədə rayon işıqsız qalıb.

Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin verdiyi məlumata əsasən, hazırda elektrik enerjisinin bərpası istiqamətində iş aparılır.

Qeyd edək ki, qərb bölgəsinin digər rayonlarında da külək fəsadlar törədib.

Bu gün Gəncədə də müşahidə edilən güclü küləklə əlaqədar şəhərin bəzi ərazilərinə elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılıb.

Şəmkir və Ağstafada hal-hazırda külək səbəbindən eneji verilişində problem yaşanır. Rayonların fövqəladə hallar komissiyalarından alınan məlumata görə, enerjinin verilişi axşam saat 18:00-dək bərpa ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti