...

Azərbaycanda mounten bayk üzrə Federasiya Kuboku keçirilib

Cəmiyyət Materials 26 Mart 2014 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart /Trend /

Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim-planına əsasən, bu gün mounten bayk (dağ velosipedi) üzrə Açıq Federasiya Kuboku yarışı keçirilib.

Federasiyadan trend-ə verilən məlumata görə, turnir gələn il Azərbaycanın qəbul edəcəyi ilk Avropa Oyunlarının mounten bayk yarışlarının keçirilməsi planlaşdırılan ərazidə baş tutub.

Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən təşkil olunan yarışda 30-a yaxın idmançı iştirak edib. Onlar hər biri 3,5 km-dən ibarət 4 dövrədə mübarizə aparıblar.

Nəticələrə gəlincə, "Synergy Baku" kontinental velosiped komandasının üzvü, özünü mounten bayk yarışlarında sınayan Aqşin İsmayılov bu növdə də bacarıqlı olduğunu sübut edib. O bütün rəqiblərini qabaqlamaqla Federasiya Kubokunun qalibi olub. 2-ci yeri Aqşin Bağırlı, 3-cü yeri isə Orxan Məmmədov tutub. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və pul mükafatı ilə təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti