...

Azərbaycanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib

Cəmiyyət Materials 1 Aprel 2014 11:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.
Azərbaycanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.

Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı aprelin 1-dən 30-dək, saat 18:00-a kimi Dövlət Komissiyasına təqdim etməlidirlər.

Müraciət forması Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə, şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Elan edilmiş müsabiqəyə 18 dövlət orqanında 381 vakant vəzifə üzrə 441 vakant yer ayrılıb.

Daha ətraflı DQMK-nın rəsmi saytından (http://dqmk.gov.az/) məlumat almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti