...

İmişlidə yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı regional konfrans keçrilib (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2014 16:08 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə İmişli rayonunda "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçrilib.
İmişlidə yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı regional konfrans keçrilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə İmişli rayonunda "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçrilib.

Trend-in məlumatına görə, konfransdan öncə tədbir iştirakçıları İmişli rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar. Daha sonra rayonda müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Mərkəzin konfrans zalında baş tutan tədbirdə İmişli rayon ictimaiyyəti, yerli media oraqanlarının, vətəndaş cəmiyyəti institlarının təmsilçiləri, həmçinin, ümumrespublika yayımlı KİV-lərin rəhbərləri iştirak ediblər.

Konfransı açıq elan edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev əvvəlcə tədbirin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Rayonda gedən abadlıq-quruculuq işləri barədə danışan V.Hacıyev deyib ki, bu gün İmişlidə abadlıq-quruculuq işləri geniş vüsət alıb: "Rayonumuz illik xərclərini artıq öz büdcəsi hesabına ödəyir və mərkəzi büdcədən dotasiya almır. Məlumat üçün bildirim ki, rayonun büdcəsi 25 milyon manatdan artıqdır".

İcra başçısı təhsil, səhiyyə, mədəniyyət sferalarında əldə olunan uğurlardan da danışıb. Onun sözlərinə görə, sənaye, kənd təsərrüfatı sahəsində də böyük nailiyyətlər əldə olunub, işsizlik problemi demək olar ki, tam həllini tapıb.

İcra başçısı media ilə qarşılıqlı əməkdaşlığa da mühüm önəm verdiklərini vurğulayıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bu formatda konfransın media ilə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini qeyd edib: "Bundan öncə də bu qəbildən olan tədbirlər Bakının müxtəlif rayonlarında, regionlarda keçrilib. Əsas nəticə isə odur ki, media ilə yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı əməkdaşlıq dərinləşir, inkişaf edir".

V.Səfərli Azərbaycanda medianın inkişaf tarixi, KİVDF-nin yaradılması və fəaliyyəti barədə də iştirakşılara genış məlumat verib: "Azərbyacn Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mediaya ən yüksək səviyyədə göstərilən dövlər qayğısının növbəti təzahürü oldu. Bu gün KİV-in inkişafında Fond vacib rol oynayır".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da İmişlidə son illərdə dinamik inkişaf müşahidə oldunduğunu diqqətə çatdırıb. Bununla yanaşı, o, cəmiyyətin həyatında medianın oynadığı rol barədə də iştirakçılara geniş məlumat verib.

Azərbaycan Milli Televiziya və Radio Şurasının sədi Nuşirəvan Məhərrəmli isə qeyd edib ki, bu gün həyatın hər hansı sahəsini mediasız təsvvür etmək mümkün deyil. O, İmişlidə gedən abadlıq-quruculur işlərinin mediada işıqlandırılması barədə fikirlərini iştirakçılarla bölüşüb.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİVDF-nin təşkilatçılığı ilə keçirilən bu səpkili tədbirlərin mühüm önəm kəsb etdiyini bildirib. O, Azərbaycanda digər sahələr kimi medianın da sürətli inkişaf yolunda olduğunu qeyd edib. Daha sonra tədbir qarşılıqlı diskussiya şəklində davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti