...

Ötən ay Azərbaycan sərhədlərini pozduğuna görə 20 nəfər saxlanılıb

Cəmiyyət Materials 14 Aprel 2014 13:33 (UTC +04:00)
2014-cü ilin mart ayı ərzində dövlət sərhədini pozduqları üçün 20 halda 20 nəfər saxlanılıb.
Ötən ay Azərbaycan sərhədlərini pozduğuna görə 20 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İzzət/

2014-cü ilin mart ayı ərzində 20 halda Azərbaycanın dövlət sərhədini pozduqları üçün 20 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saxlanılanların 8 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Gürcüstan, 1 nəfəri Rusiya, 1 nəfəri Moldova, 1 nəfəri Ukrayna vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 5 nəfər, Xəzər dənizində 39 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq- mühafizə orqanları tərəfindən axtarışda olan 205 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 4 kiloqram 711,5 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 63 halda ümumi dəyəri təqribən 187 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd tüfəng, ov tüfəngi üçün 49 ədəd patron, 2 ədəd elektrokeyləşdirici, 1 ədəd beşbarmaq, 5886 qutu siqaret, 6660 ədəd pirotexniki vasitə, 315 baş xırdabuynuzlu, 17 baş iribuynuzlu mal-qara, 5 baş at, 97 ədəd mobil telefon müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və ərzaq malları saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti