...

Azərbaycanda səslə idarə olunan mini kompüterlər yaradılır

Cəmiyyət Materials 18 Aprel 2014 14:26 (UTC +04:00)
Nazir bildirib ki, bu istiqamətdə işlər uzun müddət aparılıb.
Azərbaycanda səslə idarə olunan mini kompüterlər yaradılır

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva

Azərbaycanda səslə idarə olunan mini kompüterlər yaradılır. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu istiqamətdə işlər uzun müddət aparılıb.

Onun sözlərinə görə, Azərbaycan dilinin digər dillərə avtomatik və səsli tərcüməsi, mətnlərin başa düşülməsi və kifayət qədər praktiki əhəmiyyətə malik tam səslə idarə olunan mini kompüterlərin yaradılması və mobil təkliflərin işlənib hazılanması əldə olunan nailiyyətlərdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti