...

Aİ-nin Azərbaycandakı səfiri: "ASAN xidmət" əhaliyə uğurlu xidmət göstərilməsi baxımından bir modeldir

Cəmiyyət Materials 24 Aprel 2014 17:55 (UTC +04:00)
"ASAN xidmət" əhaliyə uğurlu xidmət göstərilməsi baxımından bir modeldir. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bunu nümayəndəliyin rəhbəri səfir Malena Mard Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimovla görüşündə bildirib.
Aİ-nin Azərbaycandakı səfiri: "ASAN xidmət" əhaliyə uğurlu xidmət göstərilməsi baxımından bir modeldir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir S.Əhmədova/

"ASAN xidmət" əhaliyə uğurlu xidmət göstərilməsi baxımından bir modeldir. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bunu nümayəndəliyin rəhbəri səfir Malena Mard Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimovla görüşündə bildirib.

Səfir qeyd edib ki, bu xidmət qısa zamanda bir çox Azərbaycan vətəndaşları üçün əhəmiyyətli müsbət dəyişikliklər gətirdi: "Avropa İttifaqı ASAN ilə əməkdaşlıq edən ilk beynəlxalq tərəfdaşlar arasında olmaqdan qürur duyur. ASAN öz xidmətlərini təkmilləşdirdiyi üçün biz gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin davamına ümid edirik".

M.Mard İ.Kərimovu Agentliyin İSO 9001:2008 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülməsi münasibətilə də təbrik edib.

Görüş zamanı İ.Kərimov səfiri "ASAN xidmət"in əsas iş prinsipləri və əldə etdiyi nailiyyətlər barədə məlumatlandırıb. Hər iki tərəf xidmətlərin sadələşdirilməsi sahəsində islahatların vacibliyini, elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də əməkdaşlıq üçün gələcək sahələri vurğulayıb.

Qeyd edək ki, Aİ "ASAN xidmət"in İSO 9001:2008 standartı üzrə sertifikat almasına dəstək göstərən layihənin icrasını artıq başa çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti