...

"Azərsun Holdinq" Zərifə xanım Əliyevanın əziz xatirəsini xeyriyyə tədbiri ilə andı

Cəmiyyət Materials 28 Aprel 2014 20:45 (UTC +04:00)
“Azərsun Holdinq” görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın doğum gününün 91-ci ildönümü münasibətilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionata baş çəkərək bu özəl günü orada yaşayan insanlarla birlikdə qeyd etdi.
"Azərsun Holdinq" Zərifə xanım Əliyevanın əziz xatirəsini xeyriyyə tədbiri ilə andı

Azərbaycan, Bakı, 28 aprel /Trend/

"Azərsun Holdinq" görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın doğum gününün 91-ci ildönümü münasibətilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionata baş çəkərək bu özəl günü orada yaşayan insanlarla birlikdə qeyd etdi.

Sakinlərə müxtəlif hədiyyələr paylayan şirkət ahılların da bu günü yüksək səviyyədə qeyd etməsinə öz töhvəsini verdi.

Pansionatda məskunlaşan yaşlı insanlarla nahar süfrəsi arxasında görüşən şirkət nümayəndələri sakinlərin şəraiti və istəkləri ilə də maraqlandılar. Və onlara istənilən məsələlərdə yardım göstərməyə hazır olduqlarını bildirdilər.

Azərbaycanın tibb tarixinə adını qızıl hərflərlə yazdıran Zərifə xanım Əliyeva əldə etdiyi yüksək elmi nailiyyətlərə görə SSRİ-nin bir çox ali mükafatlarına layiq görülüb. "Azərsun Holdinq" ölkəmizdə oftalmologiyanın inkişafında əvəzsiz rol oynayan Zərifə xanım Əliyevanın xatirəsini hörmətlə anaraq hər il onun doğum gününə həsr edilmiş müxtəlif tədbirlərdə yaxından iştirak edir və müxtəlif layihələr reallaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti