...

Təhsil Nazirliyi ilk peşə ixtisas təhsili müəssisələri üçün kənd təsərrüfatı texnikaları alıb

Cəmiyyət Materials 5 May 2014 12:25 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bu gün Sumqayıt şəhərində Təhsil Nazirliyi tərəfindən ilk peşə ixtisas təhsili müəssisələri üçün alınan kənd təsərrüfatı texnikasının təqdimatını keçirib.
Təhsil Nazirliyi ilk peşə ixtisas təhsili müəssisələri üçün kənd təsərrüfatı texnikaları alıb

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu gün Sumqayıt şəhərində Təhsil Nazirliyi tərəfindən ilk peşə ixtisas təhsili müəssisələri üçün alınan kənd təsərrüfatı texnikasının təqdimatını keçirib.

Trend xəbər verir ki, Təhsil Nazirliyinin Әsaslı Tikinti və Təchizat İdarəsinin mütəxəssisi Samir Məmmədov jurnalistlərə bildirib ki, Rusiya, Belarus və Türkiyə istehsalı olan 30 adda 37 yeni texnika və avadanlıqlar bölgələrdə yerləşən təhsil müəssisələrində əyani vasitə kimi istifadə olunacaq. Nazirlik rəsmisinin sözlərinə görə, ilk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika, avadanlıq, əyani və texniki vasitələr 25-30 il əvvəl verilib.

S.Məmmədov deyib ki, ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sektorunun yüksək ixtisaslı kadrlarla təmin edilməsi prioritet istiqamətlərdən biridir. Eyni zamanda texnika və avadanlıqlara malik olması ilk peşə ixtisas təhsili müəssisələrinə qanunvericiliyə uyğun olaraq əlavə maddi gəlir əldə etmək imkanı verir.

S.Məmmədov bildirib ki, Təhsil Nazirliyi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun ödənilməsi və müvafiq təhsil müəssislərinin maddi texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə başladığı işləri bundan sonra da davam etdirəcək. Bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzrə ilk peşə ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti