Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İzzət/
Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-16, gündüz 26-31 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.