...

Qaradağ rayon rus icmasının hesabat-seçki yığıncağı keçirildi (FOTO)

Cəmiyyət Materials 21 May 2014 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend/

21 may 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun rus icmasının hesabat-seçki yığıncağı keçirildi.

Tədbir iştirakçıları əvvəlcə rayon İcra hakimiyyətində yerləşən Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək öz dərin ehtiramlarını bildirdilər.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikası rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rus icmasının üzvləri iştirak edirdi.

Tədbirdə ilk öncə dövlət himnimiz səsləndi.

Yığıncaqda Qaradağ rayonu rus icmasının rəhbəri Natalya Paramanova icmanın ötən ildəki fəaliyyətinə dair hesabatla çıxış edərək görülən işlərdən ətraflı danışıb.

Sonra hesabat ətrafında çıxışlar oldu.

Çıxış edən Azərbaycan Respublikası rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin ölkəmizin tolerantlıq və sabitlik məkanı olduğunu bildirib.

Deputat qeyd edib ki, Azərbaycan dünyada yeganə dövlətlərdəndir ki, burada digər xalqların və konfessiyaların nümayəndələri birgə, sülh şəraitində yaşayırlar.

Qaradağ rayonu rus icmasının üzvləri də çıxış edib uğurlardan danışaraq, icmanın ötən ilki fəaliyyətinə dair hesabatı qənaətbəxş hesab ediblər.

Sonra Qaradağ rayonu rus icmasının idarə heyətinin üzvləri və Azərbaycan Respublikası rus icmasının sentyabrda keçiriləcək növbəti qurultayına nümayəndələr seçilib. Natalya Paramanova isə yekdilliklə növbəti müddətə rayonun rus icmasının sədri seçilib.

Yekunda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova rus icmasının fəaliyyətini yüksək qiymətləndirərək 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırıldığını qeyd etdi.Təsadüfi deyil ki, son illərdə ölkəmizdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın mədəniyyətlərarası dialoq üçün mərkəzə çevrilməsini aparılan uğurlu siyasətin nəticəsi kimi vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti