...

Dövlətin 1 milyon manatdan artıq vəsaitini talamış Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi həbs edilib

Cəmiyyət Materials 3 İyun 2014 16:28 (UTC +04:00)
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib.
Dövlətin 1 milyon manatdan artıq vəsaitini talamış Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi həbs edilib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı Kənd Təsərrüfatı Nazirliyinin Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Cavanşir Qurbanovun "Aqrolizinq" ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edib kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması nəzərdə tutulan mineral gübrələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ayrı-ayrı şəxslərin adlarına satılmasını rəsmiləşdirməklə digər fiziki və hüquqi şəxslərə sataraq əldə etdiyi 64 min manat məbləğində pulu mənimsəmə və israf etmə yolu ilə talamasında, həmçinin ayrı-ayrı fiziki və hüquqi şəxslərə satdığı 987 min 480 manat məbləğində mineral gübrələrin dəyərinin dövlət büdcəsinə ödənilməsini təmin etməyərək dövlətin, eləcə də "Aqrolizinq" ASC-nin qanunla qorunan hüquqlarına və qanuni mənafelərinə zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti