...

Bakıda elektrik enerjisinə olan tələbat iki dəfədən çox artacaq

Cəmiyyət Materials 6 İyun 2014 12:52
Azərbaycanda hər bir sahədə nailiyyətlər müşahidə edilir, amma bunların heç birini elektroenergetikasız təsəvvür etmək olmaz. Bakının elektik enerjisinə olan tələbatının 2030-cu ildə hazırkı 1650 meqavattdan 4000 min meqavatta çatması gözlənilir.
Bakıda elektrik enerjisinə olan tələbat iki dəfədən çox artacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanda hər bir sahədə nailiyyətlər müşahidə edilir, amma bunların heç birini elektroenergetikasız təsəvvür etmək olmaz. Bakının elektik enerjisinə olan tələbatının 2030-cu ildə hazırkı 1650 meqavattdan 4000 min meqavatta çatması gözlənilir.

Trend xəbər verir ki, bunu "Bakıeletrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev "Eleketroenergetikada kadr problemləri - Gələcəyə baxış" adlı konfransda deyib.

"Bakıeletrikşəbəkə" ASC və Təhsil Nazirliyi ilə birgə təşkil edilən konfransın açılışında "Eleketroenergetika sahəsində kadr problemlərinin həllinə "Bakıeletrikşəbəkə" ASC-nin baxışı və fəaliyyət istiqamətləri" mövzusunda çıxış edən Baba Rzayev bildirib ki, hazırda Azərbaycanda elektroenergetika sahəsində kadr problemi yaşanmır.

İdarə Heyətinin sədri həmçinin deyib ki, Dövlət proqramlarının icrası və daxili imkanlar hesabına görülmüş yenidənqurma işlərinin nəticəsidir ki, 2006-cı ildən sonrakı dövr ərzində 110 kV-luq dairəvi elektrik sxeminin yaradılması və onun stabil işləməsi məqsədi investisiya qoyuluşu hesabına hazırda şəbəkənin aktivində olan 32 ədəd 110 kV-luq yarımstansiyadan 22-si tikilib, yenidən qurulmuş və rekonstruksiya olunub. 65 ədəd 35 kV-luq yeni yarımstansiya tikilib, yenidən qurulub və rekonstruksiya olunub. Şəbəkənin güc qəbuletmə və paylanma qabiliyyəti 3048 MVA-dan 5780 MVA-ya çatdırılaraq 89,6% artıb, texniki itkilərin səviyyəsi 16,98%-dən 8,9%-ə qdər azaldılıb, şəbəkənin ifrat yüklənməsi halları aradan tam qaldırılıb.

O, həmçinin qeyd edib ki, 2000-dək transformator məntəqəsi və komplekt transformator məntəqələri tikilib və əsaslı təmir olunub, 1825 km 110 və 35 kV-luq, habelə 3278,2 km 10kV-luq və 4175,5 km 0,4 kV-luq elektrik verilişi xətləri çəkilib. Şəhərətrafı kənd və qəsəbələrdə mövcud olan 11360,7 km 0,4kV-luq hava xətləri müasir tipli özünü daşıyan izolyasiyalı naqillərlə yenidən qurulub.

Qeyd olunan dövr ərzində dövlət büdcəsinə olan bütün vergi öhdəlikləri 100% yerinə yetirilib, elektrik enerjisi haqları üzrə illik yığımın səviyyəsi 97,9%-ə çatdırılıb. İşçilərin əmək haqları 81,2% artırılaraq orta hesabla 586 manat təşkil edib. Paytaxtın bütün inzibati rayonlarında fəaliyyət göstərən ərazi strukturları, o cümlədən Səmdar Cəmiyyətin bir sıra qurumları ən müasir avadanlıqlarla təchiz edilmiş ofis binaları ilə təmin edilib, müəssisənin bütün əməkdaşları üçün ən mütərəqqi tələblərə cavab verən iş şəraiti yaradılıb.

Bu dövrdə "Bakıeletrikşəbəkə" ASC tərəfindən əhali və qeyri-əhali istehlakçılara 945088 ədəd sayğac quraşdırılıb və ya dəyişdirilib ki, onlardan 32 mindən çoxu SMS tipli müasir sayğaclardır. Məhz bu tipli sayğacların tətbiqi sayəsində eyni zamanda 20 dəqiqə ərzində göstəricilərin oxunması mümkün olur. Bu texnoloji yeniliyin nəticəsidir ki, "Smart" tipli sayğac istifadəçilərində enerji sərfiyyatı ötən illərlə müqayisədə 23% azalıb, ödəniş dinamkiası isə 54% artıb. Şəffaflığın artırılması əqsədilə abunəçilərin istifadə etdkləri elektrik enerjisi sərfiyyatının oxunması müasir tələblərə cavab verən "Casio İT 3100" İndeksor aparatı vasitəsi ilə həyata keçirilir ki, bu da enerji sərfiyyatının 100% oxunmasını təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti