...

Gəncədəki Heydər Əliyev parkında iməcilik keçirilib

Cəmiyyət Materials 8 İyun 2014 14:44 (UTC +04:00)
Gəncədə Heydər Əliyev parkı ərazisində iməcilik təşkil olunub.
Gəncədəki Heydər Əliyev parkında iməcilik keçirilib

Azərbaycan, Bakı, 8 iyun /Trend /

Gəncədə Heydər Əliyev parkı ərazisində iməcilik təşkil olunub.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivlərinin qatıldığı iməcilikdə park ərazisində səliqə-səhman yaradılıb, yaşıllıqlara qulluq göstərilib. Ərazidə mövcud olan tinglərə su verilib, irigövdəli ağaclar budanıb, dibləri bellənib.

İməcilik zamanı sözügedən ərazi məişət tullantılarından təmizlənib.

Qeyd edək ki, iməciliyə səhər saatlarından start verilib və günorta yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti