...

"Aqrolizinq" xaricdən güzəştli şərtlərlə cins damazlıq heyvanlar almaq istəyən sahibkarlara müraciət etdi

Cəmiyyət Materials 13 İyun 2014 10:42 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin vəsait hesabına Cəmiyyət tərəfindən xaricdən cins damazlıq heyvanlar gətirilərək məhsul istehsalçısı olan hüquqi və fiziki şəxslərə müəyyən olunmuş qaydalara uyğun olaraq, 50% güzəştli şərtlərlə lizinq qaydasında satılacaq.
"Aqrolizinq" xaricdən güzəştli şərtlərlə cins damazlıq heyvanlar almaq istəyən sahibkarlara müraciət etdi

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalını artırmaq və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını sürətləndirmək məqsədilə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin vəsait hesabına Cəmiyyət tərəfindən xaricdən cins damazlıq heyvanlar gətirilərək məhsul istehsalçısı olan hüquqi və fiziki şəxslərə müəyyən olunmuş qaydalara uyğun olaraq, 50% güzəştli şərtlərlə lizinq qaydasında satılacaq.

Qaydalara uyğun olaraq, güzəştli şərtlərlə cins damazlıq heyvanları satın almaq istəyən hüquqi və fiziki şəxslərdən ehtiyaclarına uyğun damazlıq heyvanlar almaq üçün istehsal istiqaməti (ətlik, südlük və s.), cinsi, sayı və baytarlıq tələbləri göstərilməklə sifariş vermələri xahiş olunur. Sifarişlər damazlıq heyvanların dəyərinin 10%-i ödənildikdən sonra Səhmdar Cəmiyyət tərəfindən qeydiyyata alınacaq.

Eyni zamada, nazirlik satın alınacaq heyvanların yerində seçilməsində sifarişçilərin iştirak etməsində maraqlı olduğunu bildirir və qeyd edir ki, Sifarişçilərin arzularına uyğun olaraq onların seçim prosesində iştirakı təmin olunacaqdır.

Elektron ünvan: [email protected]
Əlaqə telefonu: (012) 425-64-39; (012) 493-51-64

Məqalədə:
Xəbər lenti

Xəbər lenti