...

Şamaxıda "QHT-lərin müsbət təcrübəsinin təbliği" mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 17 İyun 2014 18:57 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şamaxı şəhərində “QHT-lərin müsbət təcrübəsinin təbliği” mövzusunda konfrans keçirilib.
Şamaxıda "QHT-lərin müsbət təcrübəsinin təbliği" mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şamaxı şəhərində "QHT-lərin müsbət təcrübəsinin təbliği" mövzusunda konfrans keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan toplantıda rayon ictimaiyyətinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Konfransda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun QHT-lərə göstərdiyi dövlət dəstəyinin əsas istiqamətləri, maliyələşdirilən layihələr, regionlarda fəaliyyət göstərən təşkilatlara edilən yardımlar, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.

Tədbirin sonunda F.Qurbanov konfrans içtirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti