Azərbaycan, Bakı, 21 iyun /Trend/
Bu gün Xəzər dənizində zəlzələ qeydə alınıb.
Trend Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 04:51:27-də qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 3.2, dərinliyi 54 km olub.