...

Bakıda dövlət qulluqçularının təlimi məqsədi ilə beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 21 İyun 2014 13:54
Bakıda dövlət qulluqçularının təlimi məqsədi ilə bağlı geniş tərkibli beynəlxalq konfrans keçiriləcək.
Bakıda dövlət qulluqçularının təlimi məqsədi ilə beynəlxalq konfrans keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda dövlət qulluqçularının təlimi məqsədi ilə bağlı geniş tərkibli beynəlxalq konfrans keçiriləcək. Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

B.Xəlilov qeyd edib ki, bu il sentyabrın 11-12-də dövlət qulluqçularının təlimi ilə bağlı Bakıda beynəlxalq konfrans keçiriləcək: "Konfransda 40-a yaxın ölkənin nümayəndələrinin iştirakı gözlənilir. Artıq bununla bağlı dəvətnamələrin göndərilməsinə başlanılıb. Bu konfrans digər ölkələrin dövlət qulluqçularının təlimi sahəsindəki təcrübəsini öyrənmək məqsədi daşıyır".

Qeyd edək ki, 2015-ci ildə dövlət qulluqçuları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nəzdində Təlim Mərkəzi də yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti