...

Gəncədə gənc alimin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə görə sürücü həbs edilib

Cəmiyyət Materials 23 İyun 2014 10:53
M.Bağırov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Gəncədə gənc alimin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə görə sürücü həbs edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İ.İzzət/

Gəncədə gənc alimin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə görə sürücü həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyunun 20-də saat 23:30 radələrində Gəncə şəhər sakini Məmmədbağır Bağırov idarə etdiyi "Mercedes Benz" markalı, 20-DF-550 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Samir Pişnamazzadəni vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

M.Bağırov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Samir Pişnamazzadə AMEA-nın üzvü, alim idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti