...

Ermənistanda qanunsuz narkotik dövriyyəsi xeyli artıb

Cəmiyyət Materials 26 İyun 2014 17:05 (UTC +04:00)
Narkotik istifadəçilərinin sayında da artım var.
Ermənistanda qanunsuz narkotik dövriyyəsi xeyli artıb

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Ermənistanda qeydə alınmış narkotik vasitələrin qanunsuz dövriyyəsi halları xeyli artıb.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, ölkə polisinin Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə İdarəsi şöbəsinin rəis müavini Tiqran Saakyan deyib ki, cari ilin ilk 5 ayında respublikada 443 belə hal qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 331 olub.

Hazırda 166 vətəndaş cinayət məsuliyyətinə cəlb edilib. Yetkinlik yaşına çatmayanların sayı olduqca azdır. Narkotik istifadəçilərinin sayında da artım var. Belə ki, dispanserdə 264 nəfər müalicə alır.

T.Saakyan qeyd edib ki, Ermənistana narkotiklər, əsasən, İran və Türkiyədən gətirilir. Malın bir hissəsi bazarda qalır, digər hissəsi isə tranzitlə çıxarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti