...

Bakının mərkəzində daha bir yol təmirə bağlanacaq

Cəmiyyət Materials 1 İyul 2014 15:59 (UTC +04:00)
Sabahdan Bakının mərkəzində daha bir yol təmirə bağlanacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Bakının mərkəzində daha bir yol təmirə bağlanacaq

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlkin İzzət/

Sabahdan Bakının mərkəzində daha bir yol təmirə bağlanacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, paytaxtın Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri artıq yekunlaşıb. İyulun 2-də səhər tezdən isə həmin ərazidə yolun üfüqi nişanlanması işləri (xətlənmə) aparılacaq və gün ərzində yolun bu hissəsi istifadəyə veriləcək.

Qedy edək ki, Həsən Əliyev küçəsinin adıçəkilən hissəsində təmir işlərinə iyunun 23-dən başlanılıb.

P.Mürsəliyev əlavə edib ki, bundan sonra təmir işləri ilə əlaqədar Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsi ilə kəsişməsindən Tbilisi prospekti ilə kəsişməsinədək olan hissəsi bağlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti