...

Azərbaycanda intellektual mülkiyyət məhsullarının vahid markalanmasının tətbiqinə başlanılır

Cəmiyyət Materials 2 İyul 2014 17:56
Azərbaycan hökuməti intellektual mülkiyyət məhsullarında xüsusi nəzarət markalarının (holoqram) tətbiq olunmasını təsdiq edib.
Azərbaycanda intellektual mülkiyyət məhsullarının vahid markalanmasının tətbiqinə başlanılır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan hökuməti intellektual mülkiyyət məhsullarında xüsusi nəzarət markalarının (holoqram) tətbiq olunmasını təsdiq edib.

Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda Agentlik nəzarət holoqramlarının tətbiqi üzrə iş mexanizmini hazırlayır: "Sənədlərin hazırlanması işi son mərhələdədir. Holoqramlar bu sənədlər əsasında tətbiq olunacaq. Yaxın vaxtlarda holoqramların tətbiq olunacağı gözlənilir".

Xüsusi nəzarət holoqramları ilə proqram məhsulları, dərman preparatlarının qablaşdırmaları, kitabların (həmçinin dini) cildləri və digər məhsullar nişanlanacaq.

Ümumilikdə müəllif, oxşar və digər hüquqlar daşıyan bütün Azərbaycan məhsullarının xüsusi nəzarət holoqramları ilə nişanlanacağı gözlənilir.

Nəzarət markaları müəllif hüququ məhsullarının istehsalçılarına onların sorğusu əsasında məhdud sayda veriləcək. Bu holoqramlar olamadan satılan məhsullar qeyri-qanuni sayılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti