...

Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 16 İyul 2014 10:27 (UTC +04:00)
Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində siyirtmənin əvəz olunması, qaz tənzimləyici qurğunun dəyişdirilməsi, qaz kəmərinin mənbəyə birləşdirilməsi və təmir işləri ilə əlaqədar bu gün saat 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Qusar rayonuna, İsmayıllı, Tovuz, Şəmkir, Masallı, Şamaxı və Cəlilabad rayonlarının bir hissəsinə, saat 20:00-dək isə Qazax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti