...

İyulun 20-dən Azərbaycanda temperatur enəcək

Cəmiyyət Materials 17 İyul 2014 13:09
İyulun 18-19-da ölkə ərazisində isti hava şəraiti müşahidə edilsə də, iyulun 20-dən temperaturların 3-5 dərəcə enəcəyi, havanın küləki keçəcəyi gözlənilir.
İyulun 20-dən Azərbaycanda temperatur enəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

İyulun 18-19-da ölkə ərazisində isti hava şəraiti müşahidə edilsə də, iyulun 20-dən temperaturların 3-5 dərəcə enəcəyi, havanın küləki keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, iyulun 20-21-də ölkə ərazisində nisbətən sərin hava şəraiti hökm sürəcək.

İyulun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq.

A.Verdiyev bildirib ki, iyulun 19-da isti hava şəraiti olsa da, hava küləkli keçəcək.

İyulun 18-19-da Abşeron yarımadasında gündüz saatlarında isti temperatur meteohəssas insanlar üçün əlverişsiz olacaq. İyulun 20-də isə güclü xəzri küləyi fonunda havanın temperaturunun bir qədər enməsi müsbət amildir.

İyulun 18-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti