...

İqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 19 İyul 2014 15:14 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iyulun 19-da Zaqatalada vətəndaşlarla görüş keçirmişdir.
İqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iyulun 19-da Zaqatalada vətəndaşlarla görüş keçirmişdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Zaqatala şəhər 2 saylı tam orta məktəbin binasında təşkil olunmuş qəbulda nazir Şahin Mustafayev Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini diqqətlə dinləmiş, qaldırılan məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Vətəndaşların əksər müraciətləri yerindəcə həll edilmişdir. Araşdırılma tələb olunan, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Zaqatalada keçirilmiş qəbulda iqtisadiyyat və sənaye naziri 100-dək vətəndaşı qəbul etmişdir. Vətəndaşların müraciətləri əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq, mebel, plastik qapı-pəncərə, qənnadı məhsullarının istehsalı, meyvə emalı, kəndin qazlaşdırılması, kəndlərarası körpünün tikintisi, sosial və s. məsələlərlə bağlı olmuşdur. Qəbula gəlmiş sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılmış, onların təklifləri dinlənilmiş, arıçılıq, quşçuluq, heyvandarlıq, taxılçılıq, meyvə və süd emalı, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılmış, vətəndaşlar diqqətlə dinlənilmiş və onların müraciətlərinin operativ həlli üçün müvafiq tədbirlər görülmüşdür.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirən vətəndaşlar yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.

Qeyd edək ki, Zaqatalada keçirilmiş qəbulla bağlı vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin internet və facebook səhifələri vasitəsilə qəbula yazılmışlar. Bundan başqa, Nazirliyin saytında və facebook səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi vasitəsilə də vətəndaşların qəbula dair müraciətləri qeydiyyata alınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti