...

Bakıda külək zəifləyəcək, temperatur bir qədər də yüksələcək

Cəmiyyət Materials 8 Avqust 2014 13:01 (UTC +04:00)
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Bakıda külək zəifləyəcək, temperatur bir qədər də yüksələcək

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Sabahdan paytaxt Bakıda külək zəifləyəcək, temperatur bir qədər də yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, avqustun 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti