...

Türkiyənin Manisa vilayətində baş vermiş yol qəzasında xəsarət alanlar arasında azərbaycanlının da olduğu bildirilir

Cəmiyyət Materials 10 Avqust 2014 13:08 (UTC +04:00)
Türkiyənin Manisa vilayətində baş vermiş yol qəzasında xəsarət alanlar arasında bir azərbaycanlı da var.
Türkiyənin Manisa vilayətində baş vermiş yol qəzasında xəsarət alanlar arasında azərbaycanlının da olduğu bildirilir

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Manisa vilayətində baş vermiş yol qəzasında xəsarət alanlar arasında bir azərbaycanlı da var. Bu barədə Trend-ə Manisa Dövlət Xəstəxanasından bildirilib.

Xəstəxanadan deyilib ki, yaralılar arasında üç əcnəbi olub - əlcəzairli, yapon və azərbaycanlı.

Xəstəxanadan bildirildiyinə görə, azərbaycanlı olduğu ehtimal edilən Nəzirə Həddad adlı qadın ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Qeyd edək ki, bu gün Türkiyənin Manisa vilayətində avtobus aşıb. Anadolu agentliyinin yazdığına görə, qəza nəticəsində 52 sərnişin xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Yaralıların hamısı xəstəxanalara çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti