...

Gürcüstanın bəzi kəndlərində daşqın baş verib, körpü uçub

Cəmiyyət Materials 13 Avqust 2014 12:01 (UTC +04:00)
Bundan başqa, yerli sakinlərin həyətyanı sahiləri, evlərin ilk mərtəbələri su altında qalıb. Daşqın məhsullara və kiçik heyvandarlığa da ziyan vurub.
Gürcüstanın bəzi kəndlərində daşqın baş verib, körpü uçub

Gürcüstan, Tbilisi, 13 avqust /Trend, müxbir Nana Kirsxaliya/

Güclü yağış nəticəsində Gürcüstanın şərqindəki Xaşur rayonunun Kvişxeti kəndində daşqın baş verib. Trend-in məlumatına görə, məcrasından çıxan çay üç kəndi birləşdirən körpünü dağıdıb.

Bundan başqa, yerli sakinlərin həyətyanı sahiləri, evlərin ilk mərtəbələri su altında qalıb. Daşqın məhsullara və kiçik heyvandarlığa da ziyan vurub.

Daxili yollar və kiçik tikintilər ziyan görüb. Təbii fəlakətin vurduğu ziyanı hesablamaq üçün xüsusi komissiya yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti