Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobusunun aşması nəticəsində iki nəfəriin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat verib.
Trend-in DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də saat 08 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Elçin Kazımov idarə etdiyi "İsuzu" markalı avtobusu yolun kənarındakı dəmir hasara vurub.
E.Kazımovun sərnişinlərindən - Saatlı rayon sakini Haqverdi Kərimov və Laçın rayon sakini İlqar İmanov hadisə yerində ölüb, digər 6 sərnişinə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.