...

Goranboyda əmək yarmarkası keçirilib

Cəmiyyət Materials 28 Avqust 2014 17:01 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti əmək yarmarkası bu gün Goranboy rayonunda keçirilib.
Goranboyda əmək yarmarkası keçirilib

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti əmək yarmarkası bu gün Goranboy rayonunda keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu aktiv məşğulluq tədbirində rayon ərazisində fəaliyyət göstərən 9-u özəl sektora aid 26 müəssisədən ümumilikdə 251 boş (vakant) iş yeri işsiz və işaxtaranlara təklif olunub. Onların sırasında sosial cəhətdən həssas əhali qruplarına aid vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də olub.

Yarmarkada 50 nəfər vətəndaşa boş (vakant) iş yerlərinə göndəriş verilib.

Dövlət Məşğulluq Xidməti tərəfindən avqustun 29-da respublikanın daha iki rayonunda - Kürdəmir və Samux rayonlarında da əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti