...

Azərbaycanda qısa müddət davam edən mülayim hava şəraitindən sonra hava yenidən soyuyacaq, yağıntılı olacaq

Cəmiyyət Materials 18 Sentyabr 2014 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda sentyabrın 20-də qısa müddət davam edən mülayim hava şəraitindən və temperaturun ötən günlərlə müqayisədə nisbətən yüksəlməsindən sonra sentyabrın 21-dən ölkə ərazisindən yenidən soyuq dalğa keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə açıqlamasında deyib ki, sentyabrın 20-də günorta saatlarında mülayim hava şəraiti müşahidə ediləcək. Sentyabrın 20-də ölkədə havanın temperaturu bu günlə müqayisədə 2-4 dərəcə yüksələcək. Bakıda günorta saatlarında 26-28 dərəcə isti proqnozlaşdırılır.

U.Tağıyeva deyib ki, sentyabrın 20-dən 21-nə keçən gecə ölkə ərazisindən növbəti soyuq dalğanın keçəcəyi, paytaxtda şimal küləyinin sürətinin yenidən bir qədər artacağı gözlənilir. Sentyabrın III ongünlüyünün ilk günlərində - ayın 21 və 22-də hava yenidən yağıntılı olacaq.

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin sürətinin artması ilə əlaqədar temperatur enəcək və günorta saatlarında 20-24 dərəcə olacaq.

Qeyd edək ki, sentyabrın 17-dən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Həmin gündən başlayaraq, ölkə ərazisində güclü küləklər əsir, yağıntılar yağır, bəzi yerlərdə intensiv leysan xarakterli yağışlar yağır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti