...

Bakıda Xəzər dənizi sahilinin təmizlənməsinə dair beynəlxalq aksiya keçiriləcək

Cəmiyyət Materials 20 Sentyabr 2014 00:27 (UTC +04:00)
Sentyabrın 20-də Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü “Coca-Cola” şirkətinin əməkdaşları, hökumət və qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin nümayəndələri, həmçinin, təmizlik aksiyasına qoşulmaq istəyən hər bir kəs tərəfindən qeyd olunacaq.
Bakıda Xəzər dənizi sahilinin təmizlənməsinə dair beynəlxalq aksiya keçiriləcək

Sentyabrın 20-də Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü "Coca-Cola" şirkətinin əməkdaşları, hökumət və qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin nümayəndələri, həmçinin, təmizlik aksiyasına qoşulmaq istəyən hər bir kəs tərəfindən qeyd olunacaq.

Qeyd olunan gün çərçivəsində Buzovna çimərliyi tullantılardan təmizlənəcək. Bu təşəbbüs "Coca-Cola" şirkəti tərəfindən artıq 19 il dəstəklənir və dünya miqyasında çimərlik, daxili sular və okeanların zibil və tullantıların təmizlənməsinə dair ən iri birgünlük könüllü aksiya hesab olunur. Bu il sözügüdən aksiya ilk dəfə olaraq, Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkəti, "EkoSfera" qeyri-hökumət təşkilatı və "Friday.az" informasiya-əyləncə portalı tərəfindən dəstəklənir. Aksiyanın daimi tərəfdaşları sırasında Milli Olimpiya Komitəsi, ADA Universiteti, "Təmiz Şəhər" ASC və "Youth Inc" Gənclərin Sahibkarlıq Proqramı mövcuddur.

""Coca-Cola" şirkəti cəmiyyətin rifahının, ətraf mühitin və planetin qeydinə qalır. Biz bütün arzu edənləri Azərbaycanda artıq 5-ci dəfə keçirilən bu gözəl aksiyada iştirak etməyə və Xəzəryanı sahili zibildən təmizləmək üçün öz töhfələrini verməyə çağırırıq. "International Coastal Cleanup" aksiyası yalnız yüzlərlə iştirakçıların sahilyanı əraziləri tullantılardan təmizlənməsini deyil, həmçinin, insanların təbiət və ətraf mühitə qayğı və məsuliyyətlə yanaşmağa imkan yaradır", - deyə "Azerbaijan Coca-Cola Bottlers Azerbaijan" şirkətinin baş meneceri Cem Becel bildirib.

Aksiya 2014-cü ilin sentyabrın 20-də "Topla, təmizlə, fərqi gör!" şüarı altında Buzovna çimərliyində keçiriləcək. Bütün aksiya iştirakçıları "Coca-Cola" şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin, təmizlik üçün lazımi avadanlıqla təmin olunacaqlar.

Qeyd edək ki, son 4 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 26 hektar ərazisi 6 ton məişət tullantısından təmizlənib. Ümumiyyətlə, dünya üzrə bu aksiyaya hesabat dövründə "Coca-Cola"nın 27 ölkədən 650 minə yaxın tərəfdaşı qoşulub ki, nəticədə ümumi uzunluğu 20 min km olan sahilyanı ərazilər tullantıdan təmizlənib.

Aksiyada iştirak etmək istəyənlər (012) 436-90-67(012) 436-90-67/436-85-09 telefon nömrələrinə zəng edib, [email protected] ünvanına e-mail göndərib və ya aksiyanın "Facebook" səhifəsində (https://www.facebook.com/CCDCocaColaAz) qeydiyyatdan keçə bilər.

Xatırladaq ki, 1995-ci ildən etibarən "Coca-Cola" şirkəti ilə "Ocean Conservancy" təşkilatı arasında sıx əməkdaşlıq mövcuddur. Şirkət 2011-ci ildə "Ocean Conservancy" ilə birgə "Trash Free Seas Alliance"ın yaradılmasında iştirak edib. Bu, tullantıların üzə çıxmasının səbəblərinin aşkarlanması və onların aradan qaldırılması istiqamətində üzərinə öhdəlik götürən müxtəlif müəssisələrin, ictimai təşkilatların, elmi qurumların və ictimai qrupların alyansıdır.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke", "Fanta", "Sprite", "Coca-ColaZero", "vitaminwater", "Powerade", "MinuteMaid", "Simply" və "Georgia Coffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,8 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com

Xəbər lenti

Xəbər lenti