...

Baş konsul: Azərbaycan və İran arasında əlaqələr daha da möhkəmlənib

Cəmiyyət Materials 27 Sentyabr 2014 16:53 (UTC +04:00)
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə Gilan əyalətinə səfər edib və İranın Astara şəhər başçısı Sirus Şəfəqi ilə görüşüb.
Baş konsul: Azərbaycan və İran arasında əlaqələr daha da möhkəmlənib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə Gilan əyalətinə səfər edib və İranın Astara şəhərinin başçısı Sirus Şəfəqi ilə görüşüb. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Görüşdə Ə.Əlizadə deyib ki, İranda yeni hökumət fəaliyyətə başladıqdan sonra qonşu Azərbaycan və İran arasında əlaqələr daha da möhkəmlənib: "Azərbaycan İranın yeni hökuməti ilə münasibətləri yaxşı səviyyədə qurub".

Onun sözlərinə görə, Rəsmi Bakı və Tehran siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün güclü iradə və səy göstərirlər.

Ə.Əlizadə bildirib ki, Azərbaycan vətəndaşları Gilan, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinə müalicə məqsədilə çox səfər edirlər: "Əvvəllər Azərbaycan vətəndaşları üçün İranda səhiyyə xidmətlərinin keyfiyyəti və qiyməti yaxşı idi, lakin son aylarda xidmət səviyyəsi aşağı düşüb, qiymətlər isə qalxıb".

Baş Konsul göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinə və qiymətlərinə nəzarətin gücləndirilməsini istəyib.

Daha sonra Ə.Əlizadə şimal-cənub dəhlizi üzərində olduğu üçün Astara (İran) şəhərinin əhəmiyyətini və Qəzvin-Rəşt-Astara dəmir yolunun inşası işinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti