...

Ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli oldu

Cəmiyyət Materials 9 Oktyabr 2014 17:14 (UTC +04:00)
2014-cü il ədəbiyyat üzrə Nobel mükafatı fransalı yazıçı Patrik Modianoya təqdim olunub.
Ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli oldu

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

2014-cü il ədəbiyyat üzrə Nobel mükafatı fransalı yazıçı Patrik Modianoya təqdim olunub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İsveç Akademiyasının mükafatlarla təltif edilməyə cavabdeh olan daimi katibi Peter Enqlund deyib.

1945-ci ildə Fransada doğulan P.Modiano "Ulduz meydanı", "Balaca Biju", "Gecə vaxtı bədbəxtlik", "İtirilmiş gənclik kafesi" və başqa kitabların müəllifidir.

Qeyd edək ki, mükafatlandırma mərasimi ənənəvi olaraq Stokholmda Alfred Nobelin vəfat etdiyi gündə - dekabrın 10-da keçirilir.

Norveç Nobel Komitəsi Nobel mükafatçılarının adlarını sabah da açıqlamağa davam edəcək. Komitə sülhün möhkəmləndirilməsinə görə qalib və ya qaliblərin də adını açıqlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti