...

Azərbaycanda ailəli insanların sayı artıb

Cəmiyyət Materials 15 Oktyabr 2014 12:39 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycanda 2 013 800 ailə (2014-cü ilin əvvəlinə olan məlumata görə) var.
Azərbaycanda ailəli insanların sayı artıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ailə quran insanların sayı artıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycanda 2 013 800 ailə (2014-cü ilin əvvəlinə olan məlumata görə) var. 2012-ci ildə ölkədəki ailələrin sayı 1 988 200, 2011-ci ildə 1 936 000, 2010-cu ildə 1 911 900, 2009-cu ildə 1 895 941 olub.

Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Trend-ə bildirib ki, hazırda Azərbaycanda demoqrafik problem yoxdur. Azərbaycanda 4, 5, 6, hətta 11-13 uşağı olan ailələr var: "Son 20 ili götürsək, Azərbaycanda müəyyən dövrlərdə təbii artımda azalmalar olsa da, ümumilikdə təbii artımla bağlı problem yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti