...

“Bələdiyyə seçkilərinə sən də qoşul” (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2014 14:39 (UTC +04:00)
“Bələdiyyə seçkilərinə sən də qoşul”
“Bələdiyyə seçkilərinə sən də qoşul” (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı, Gəncə, Şəki, Tovuz və Qazax şəhərlərində "Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı-sən də qoşul!" adlı layihə həyata keçirir. Bu gün layihə çərçivəsində YAP Gəncə şəhər Təşkilatının Qərargahında "dəyirmi masa" keçirilib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov, İctimai Birliyin eksperti, jurnalist Seymur Verdizadə , qeyri- hökumət təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti uğurla yerinə yetirilir. Ölkəmizdə olduğu kimi, qədim Gəncədə də aparılan geniş quruculuq işlərində gənclər həyatımızın bütün sahələrində fəallıq göstərir, inkişaf və tərəqqinin önündə gedirlər. Bu günə kimi keçirilən seçkilərdə gənclərimizin xüsusi rolu var.

Gəncə şəhərində 3 bələdiyyə üzrə seçkilər keçiriləcək. Ənənəvi olaraq, bu məsul kampaniyada da əminəm ki, Gəncə gənclərinin hər biri öz potensial qüvvə və bacarığını orataya qoyacaq, ölkə gənclərinə örnək fəallıq nümayiş etdirəcək.

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin mahiyyəti barədə məlumat verərək bildirib ki, məqsəd 2014-cü il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə yerli özünüidarəetmədə gənclərin daha çox təmsil olunması ilə bağlı maarifləndirilməsi və bələdiyyəyə keçirilən seşkilərdə gənclərin seçki fəallığının artırılmasıdır. Bələdiyyələrlə gənclər arasında ictimai əhəmiyyətli problemlərin həllinə yönələn daha intensiv əməkdaşlıq formasının yaradılmasına kömək göstərməkdir.

lkəmizdə hər 5ildən bir yerli idarəetmə orqanları- bələdiyyələrə seçkilər keçirilir. Xalqımızın əksəriyyətini təşkil edən gənclər heç şübhəsiz ki, yerli özünüidarəetmələrin təşkilində fəal rol almaları və fəallığı ilə seçilməlidirlər.

Çıxış edənlər- "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin eksperti, jurnalist Seymur Verdizadə , YAP Gəncə şəhər Təşkilatı ideoloji şöbənin müdiri Hüseyn Budaqov gənclərlə bağlı qaldırılan məsələlərin reallaşması işinə məhz gənclərin özlərinin cəlb edilməsinin təqdirəlayiq və vacib əhəmiyyət kəsb etdiyini, bunun mühüm bir amil kimi onların ictimai-demokratik fəallığının daha da artmasına müsbət təsir göstərəcəyini vurğulayıblar.
Gənclərdən Elnur Həsənov, Fəqan Məmmədov, Nigar Ələsgərova, Esmira Rəcəbova və başqaları ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin inkişafına, onlara göstərilən dövlət dəstəyinə, bütün gənclərə yaradılan geniş imkanlara görə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bütün seçkilərdə olduğu kimi, 23 dekabr Bələdiyyə seçkilərində də yüksək səviyyədə iştirak edəcək, doğma Vətənimizin tərəqqisi, qədim Gəncənin daha da irəli getməsi üçün əzmkarlıqla, məsuliyyətlə çalışacaqlar.

"Dəyirmi masa" maraqlı və geniş diskussiya şəraitində keçib.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti