...

Fərhad Hacıyev: "Çox istərdim ki, bizim gənclər bunu anlasın"

Cəmiyyət Materials 3 Noyabr 2014 17:54 (UTC +04:00)
Bu gün Azərbaycan gəncləri yaxşı təhsil almağa can atır və ölkənin ictimai həyatında fəal iştirak edirlər. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.
Fərhad Hacıyev: "Çox istərdim ki, bizim gənclər bunu anlasın"

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan gəncləri yaxşı təhsil almağa can atır və ölkənin ictimai həyatında fəal iştirak edirlər. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

O, qeyd edib ki, bu gün Azərbaycanda gənclər üçün böyük imkanlar yaradılır: "Əgər sənin yaxşı təhsilin varsa, hansısa vərdişlərə maliksənsə, istənilən sahədə özünə yer tapa bilərsən. Gənclər bu imkanlardan istifadə etməlidir. Təhsilindən, yaşadığı regiondan asılı olmayaraq, hər bir gəncin inkişafı üçün zəruri imkanlar mövcuddur. Mən çox istərdim ki, bizim gənclər bunu anlasın və layiqincə qiymətləndirsin".

F.Hacıyev bildirib ki, gənclər sosial məsələlərin həlli istiqamətində müxtəlif layihələr, ideyalar təqdim edir, regionlarda keçirilən tədbirlərdə aktiv iştirak edirlər.

Fondun icraçı direktorunun sözlərinə görə, bu gün gənclərin əsas prioriteti Azərbaycanın inkişafına töhfə verməkdir: "Bu gün Prezident İlham Əliyev gənclərə böyük diqqət və qayğı göstərir. Son 3 il ərzində dövlət başçısı gənclərlə beş dəfə görüş keçirib. Dünyanın heç bir ölkəsində ölkə rəhbərləri gənclərlə bu qədər görüş keçirmir. Gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın hər bir regionunda gənclər evi tikilib istifadəyə verilir, Gənclər Fondu yaradılıb və artıq 20 ildir ki, Gənclər və İdman Nazirliyi fəaliyyət göstərir. Həmçinin müxtəlif dövlət fondları var ki, onlar da gənclərin ideyalarının reallaşmasına kömək göstərir".

Azərbaycanın dünyada tanıdılması məsələsinə gəlincə isə, F.Hacıyev qeyd edib ki, hər kəs öz vətəndaşlıq mövqeyini sözdə deyil, əməldə göstərməlidir: "Vətəndaş olmaq çox şərəfli və məsuliyyətli bir işdir. Əgər hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirsə, bu, olkəmiz üçün də faydalı olar. Biz öz ölkəmizi sevməliyik".

O, hesab edir ki, hər bir valideyn bu məsələyə xüsusi diqqət yetirməlidir: "Valideynlər öz övladlarına vətənpərvərlik hissini uşaq yaşlarından aşılamalıdırlar. Bu, vətənə sevgidən əlavə, bir məsuliyyət hissidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti